Noyabrın 21-də paytaxtda Global Health Summit & Awards beynəlxalq layihəsinin ilk qala gecəsi keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən tibb mütəxəssisləri iştirak edəcəklər.
Tədbir Reputation Inc və Millionaire Concept Network biznes platforması tərəfindən təşkil olunacaq. Tədbir Fairmont Baku Hotel-ində keçiriləcək.
Layihənin əsas məqsədi ictimaiyyəti peşəkar həkimlər və tibb şirkətləri ilə tanış etmək, onların fəaliyyətini qiymətləndirmək və onları motivasiya etməkdir.
Qala gecəsində Türkiyə, Rusiya, Gürcüstan, Avropa, Yaxın Şərq və Afrikanın əsas tibb mərkəzlərinin tibb işçiləri və rəsmiləri iştirak edəcək. Qonaqlar arasında Afrika Sağlamlıq Federasiyasının idarə heyətinin sədri, SF Group-un rəhbəri Məhəmməd Əl Sahili, Türkiyənin BossLife jurnalının rəhbəri Anıl Taşdemir və digər tibb nümayəndələri mərasimə qoşulacaqlar.
Global Health Summit & Awards layihəsi uzun illərdir ki, Rusiya, İtaliya və digər ölkələrdə keçirilir.