8 noyabr tarixindən başlayaraq Bakı Dövlət Sirkində “Hünər meydanı” adlı tamaşa nümayiş olunacaq.
Proqramda təkərlərlə nömrələr, hava gimnastları, akrobatika, atçılıq şouları və holoqram şousuna şahid olmaq mümkün olacaq.
Tamaşa 8 -29 noyabr tarixləri arasında təşkil olunacaq. Biletləri İticket.az saytından əldə etmək mümkündür. Qiyməti 11-27 manat arası dəyişir.
COVİD-19 pasportu və ya imun sertifikatı olmayan tamaşaçılar tədbirə buraxılmır və əldə olunmuş biletlər geri qaytarılmır.