Bakı Dövlət Universitetində Himayəçilər Şurasının növbəti iclası keçirilib. Bu haqda 2 noyabr tarixində Report xəbər verib.
İclas şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Tədbirdə şuranın sədri, təhsil naziri Emin Əmrullayev də iştirak edib. O, çıxışında təhsil sahəsində aparılan islahatlardan danışıb, ali təhsil sistemi ilə bağlı mövcud pandemiya şəraitində görülmüş işlərə toxunub.
İclasda təhsil naziri ilə yanaşı, BDU-nun rektoru da çıxış edərək 2021-ci ildə BDU-nun fəaliyyəti və görülmüş işlər haqqında məlumat verib.
Himayəçilər Şurası ali təhsil müəssisələrinin inkişafına yardım edən, ictimai əsaslarla fəaliyyət göstərən strukturdur.