Bu il Bakıda təmir olunan məktəblərin sayı məlum olub. Bu haqda 28 dekabr tarixində Report məlumat verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 81 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib. Həmçinin 88, 71, 172, 133, 205, 307, 333 nömrəli məktəblər üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub. Hövsan, Binə, Xocasən qəsəbələri, Yeni Yasamal Yaşayış Massivi ərazilərində isə 4 yeni məktəbin tikintisi tamamlanıb.
Binə qəsəbəsi Bolluq yaşayış massivi, Binə qəsəbəsi Atçılıq yaşayış massivi, Binəqədi rayonu və Kürdəxanı qəsəbəsi ərazilərində 4 yeni məktəbin tikintisi davam etdirilir.
35, 87, 263 nömrəli məktəblərin köhnə korpusları sökülüb və yenidən tikilir. 126, 320 nömrəli məktəblərdə isə bərpa-gücləndirilmə və əsaslı təmir işləri aparılır.