Bakıda 13 mart tarixində təhsil üzrə beynəlxalq sərgi keçiriləcək. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az “Begin Group”a istinadən xəbər verir.
“Hilton” hotelində təşkil olunacaq tədbirdə dünyanın 25 ölkəsindən təhsil müəssisələrinin nümayəndələri iştirak edəcək.
Bundan əlavə, saat 13:00-17:00 arası müxtəlif təqdimatlar və master-klaslar təşkil olunacaq.
Tamamilə pulsuz olan sərgiyə qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə etmək mümkündür: Qeydiyyat
18 və yuxarı yaşlı şəxslərin COVİD-19 pasportu çap olunmuş vəziyyətdə və ya sərginin vaxtından ən çox 72 saat əvvələ qədər çıxmış neqativ PCR test cavabı olmağı vacibdir.