Bakıda 5 marşrut xəttinin hərəkət sxemi dəyişib. Bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.
15 və 22 nömrəli müntəzəm marşrut xətlərinin hərəkəti Qara Qarayev və Babək prospektləri istiqamətində dəyişib.
70 nömrəli müntəzəm marşrut xəttinin Sabunçu qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik olunaraq, Cəmşid Naxçıvanski küçəsi və Qara Qarayev prospekti ilə təşkil edilib.
53 nömrəli müntəzəm marşrut xəttinin Badamdar qəsəbəsi istiqamətində hərəkət sxemində dəyişiklik edilərək Qurban Xəlilov küçəsi – Landau küçəsi – Şəfaət Mehdiyev küçəsi – Bəxtiyar Vahabzadə küçəsi – Hüseyn Cavid prospekti – Mikayıl Müşfiq küçəsindən keçməklə təşkil edilib.
33 nömrəli müntəzəm marşrut xəttinin 7-ci mikrorayon istiqamətində hərəkət sxemimdə dəyişiklik edilərək, Səməd Vurğun, Nəsib bəy Yusifbəyli küçəsi və Azadlıq prospekti ilə təşkil edilib.
Bundan əlavə, 78 nömrəli müntəzəm marşrut xəttinin başlanğıc dayanacaq məntəqəsi Azər Manafov küçəsi olmaqla, fəaliyyəti bərpa edilib.
[URIS id=29057]