Bakıda 6 kiloqram çəkisi olan uşaq doğulub. Bu haqda 29 yanvar tarixində Bakutv məlumat verib.
Körpə bu gün saat 12:10 radələrində paytaxtda yerləşən xəstəxanaların birində dünyaya gəlib. Uşağa Murad adı qoyulub. Onun sağlamlığı ilə bağlı heç bir problem yoxdur.
“Bu cür iri çəkili uşaqlara aid olan bəzi müayinələr var ki, onların bu gün aparılması məsləhət görülüb. Körpə ürək tərəfdən yoxlanılacaq və bütün digər rutin analizlərin nəticələrinə baxılacaq”, - Neonatoloq Vəfa Hacıyeva bildirib.
Qeyd edək ki, körpənin anasının çəkisi 147 kiloqramdır.