Paytaxt ərazisi üzrə səyyar reabilitasiya xidmətləri göstərilir. Bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nəsimi, Xətai, Xəzər və Pirallahı rayonlarında sağlamlıq imkanları məhdud 6 yaşadək uşaqlara səyyar formada sosial reabilitasiya xidmətlərinə başlanılıb.
Artıq Bakının bütün rayonlarını əhatə edən xidmətlərdə Sosial Xidmətlər Agentliyinin psixoloq, pedaqoq, sosial işçi və loqopedlərdən ibarət mütəxəssislər qrupu həmin uşaqların, yaşadıqları evlərdə sistemli şəkildə sosial-psixoloji və sosial-pedaqoji reabilitasiyasını aparır.
Psixoloji konsultasiyalar, həftədə beş dəfə reabilitasiya seansları, valideynlər üçün maarifləndirici təlim və seminarlar keçirilir.
Xidmətdən faydalanmaq istəyən paytaxt sakinləri Sosial Xidmətlər Agentliyinə və ya agentliyin yaşadıqları rayonlar üzrə filiallarına müraciət edə bilərlər.
[URIS id=22250]