Bakıdakı ağacların müayinəsi üçün xaricdən mütəxəssislər çağırılıb. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az APA- ya istinadən xəbər verir.
Paytaxt ərazisində yaşıllıqların arasında yayılan xəstəlik səbəbindən Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Rusiyadan mütəxəssislər çağırılıb.
Onlar ağaclar və torpaqları müayinə edir, laborator analizlər aparırlar.