13 noyabr tarixində Bakıda "Akademik Hüquqi Yazı” mövzusunda təlim baş tutacaq. Təlim Globus Center-də saat 15:00-da başlayacaq.
Altay Mustafayevin təqdimatında keçiriləcək təlim istər hüquq tələbəsi, istərsə də praktiki hüquqşünaslar üçün akademik hüquqi yazının önəmi, peşəkar karyeradakı rolu və faydaları ilə bağlı bir sıra məsələləri əhatə edəcəkdir.
Pandemiya şəraiti ilə əlaqədar təlimdə məhdud sayda – 45 nəfərin iştirakı nəzərdə tutulub. Bu səbəbdən qeydiyyatdan keçmək mütləqdir.