top
Bakıda “Akademiyanın Qarabağnamələri” mövzusunda sərgi keçirilir
02 noyabr 2021, 06:20
- +

Bakıda “Akademiyanın Qarabağnamələri” mövzusunda sərgi keçirilir

Bakıda Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsinin ildönümünə həsr edilmiş təqdimat - sərginin açılışı olub. Tədbir Mərkəzi Elmi Kitabxanada AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə baş tutub. Bu haqda AZƏRTAC 2 noyabr tarixində xəbər verib.

“Akademiyanın Qarabağnamələri” mövzusunda təşkil edilən sərgidə Qarabağın dair, eləcə də böyük Qələbəmizə həsr edilmiş kitablar və rəsm əsərləri nümayiş olunub.

Tədbirdə AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru Ərtegin Salamzadə, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Tarix İnstitutunun əməkdaşı, Cəmaləddin İsmayılov və şəhid anası Simuzər Bağıyeva da çıxış ediblər.

Noyabrın 8-dək davam edəcək sərgidə bölmənin elmi müəssisələrinin alimləri tərəfindən ərsəyə gəlmiş 38 monoqrafik tədqiqat və 6 institutun 16 əməkdaşının çəkdiyi rəsm əsərləri təqdim olunur.

Tədbirin bədii hissəsində filologiya elmləri doktoru Vüqar Əhməd, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli, şair İbrahim Yusifoğlu, Lalə Əliyeva və Ruşan Ruşanzadə Qarabağa və Qələbəmizə həsr edilmiş şeirlərini səsləndiriblər.

Daha sonra saz sənətkarı Nəsib Nüsrətoğlunun ifasında qəhrəmanlıq rəmzi olan “Misri” havası dinlənilib.

Son xəbərlər

Xəbər
Bu gün, 18:15

Ən çox boşananlar Bakıdadır

Xəbər
Bu gün, 18:00

Qanunsuz balıq ovlayan saxlanıldı

Xəbər
Bu gün, 17:20

"Mağazaya getmirəm, mağaza bizə gəlir" - Aygün Kazımova

Xəbər
Bu gün, 16:27

Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdirilib

Xəbər
Bu gün, 16:17

Nigar Fərhadın əri həbs edildi

Xəbər
Bu gün, 15:46

Xalq artisti şamaxılıları aşağılayıb?

Xəbər
Bu gün, 14:35

Digahda məhkumun gizlədilən silahı tapıldı

Xəbər
Bu gün, 13:50

Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşdi

Xəbər
Bu gün, 13:37

Bakıya yağış yağacaq

Xəbər
Bu gün, 12:52

Mağazada həyat yoldaşını bıçaqlamışdı, bu gün hökm oxundu

Xəbər
Bu gün, 11:00

"Sabah" Danimarkada növbəti mərhələ uğrunda mübarizəyə başlayır

Xəbər
Bu gün, 10:08

Yeni avtobus yararsız yola görə son dayanacağa gedə bilmir - VİDEO

Xəbər
Bu gün, 09:40

Bakıda doğuldu, Los-Ancelesdə öldü - Məşhur müğənninin həyat hekayəsi

Xəbər
Bu gün, 09:19

Məmmədli kəndindəki yanacaqdoldurma məntəqəsində yanğın

Xəbər
Dünən, 18:00

Ötən ay 11 aptekdə nöqsan aşkarlandı

Xəbər
Dünən, 17:16

Usta iş yerində öldü

Xəbər
Dünən, 16:17

Bakıda yarım milyonluq qızılı ələ keçirən əcnəbi qadına HÖKM OXUNDU

Xəbər
Dünən, 15:17

Metroda qatarların hərəkət intervalı artırılır

Xəbər
Dünən, 15:02

11 nəfərlik dəstənin içində dünya çempionu da var - 4 milyon ələ keçirilib

Xəbər
Dünən, 14:29

Nəfəs borusuna qida parçası düşən ahıl qadın öldü

Xəbər
Dünən, 13:40

Avqustun 15-dən qatarlar "Nizami"-"28 May" arasında işləməyəcək

Xəbər
Dünən, 12:49

Sabah Bakıda 36 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:36

Qızını boğan ata Bakıda həbsdə öldü

Xəbər
Dünən, 11:36

Azərbaycanın ilk repçisi, deputat oğlu Anar Nağılbazın anım günüdür

Oxşar xəbərlər