Bakıda ağaclar arasında yayılmış xəstəliklə bağlı araşdırmalar aparılıb. Bu haqda 10 mart tarixində Report məlumat verib.
Bakıda bir müddətdir şam ağaclarının bir sıra növləri qurumağa başlayıb. Məsələ ilə əlaqədar aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib. Faktla əlaqədar Bakıya BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri dəvət olunub.
“Qlobal iqlim dəyişiklikləri ağaclara da təsir göstərib və problemin aradan qaldırılması üçün xəstə ağaclar dərhal çıxarılaraq utilizə edilməlidir”, - BMT-nin mütəxəssisi Şiroma Sathyapala bildirib.
Bu günə kimi Bakı şəhərində 3000 ədəd şam ağacı kəsilərək utilizasiya edilib.
[URIS id=36316]