Bakıda daha bir məktəbdə dərslər bir müddət məsafədən tədris olunacaq. Bu haqda BakuPlus APA-ya istinadən xəbər verir.
Koronavirusa yoluxan müəllim və şagirdlərin çox olduğuna görə "Ankara məktəbi" məktəb-liseyində fevralın 1-dən dərslər bir həftə ərzində distant formada keçiriləcək.
Ötən ilin oktyabrında da sözügedən məktəb iki həftəlik distant tədrisə keçmişdir.