Bakıda Daun sindromlu uşaqlar üçün futbol festivalı təşkil olunub. Bu haqda BakuPlus.az Azərtac<-a istinadən 16 mart tarixində xəbər verir.
AFFA-nın təşkilatçılığı, Qətərin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində Daun sindromlu uşaqlar üçün futbol festivalı keçirilib.
60-a yaxın uşağın cəlb olunduğu festivalda onlar Azərbaycan milli komandasının üzvü Emin Mahmudov və veteran futbolçu Cavid Hüseynovla birlikdə futbol oynayıblar.
Tədbirin sonunda AFFA və Qətərin Azərbaycandakı səfirliyi tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.