Bakıda yerləşən “Cahan” uşaq bağçasının müəllimi “İlin ən yaradıcı layihəsi” müsabiqəsinin qalibi olub. Bu haqda BakuPlus AZƏRTAC-a istinadən 27 yanvar tarixində xəbər verir.
Təhsil Nazirliyinin məlumatına əsasən, layihənin rəhbəri Səbinə Rəhimova Türkiyə, Yunanıstan, Gürcüstan, Rumıniya, Albaniya, Estoniya, Litva, Bolqarıstan kimi ölkələrin müəllimləri ilə əməkdaşlıq edəcək.
Rəhimova növbəti tədris ilində Avropadakı seçim mərhələsinə qoşulmadan iştirak hüququ qazanaraq xarici həmkarları ilə üzbəüz bilik mübadiləsi etmək şansı qazanıb.
“eTwinning” layihəsi çərçivəsində keçirilən müsabiqənin məqsədi Avropanın azı 3 ölkəsinin iştirak etdiyi beynəlxalq ortaq təhsil layihəsinin qurulması və ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsidir.