13 noyabr tarixində Bakıda “16 Noyabr Beynəlxalq Tolerantlıq Günü və Azərbaycanın Multikulturalizm Modeli” mövzusunda seminar keçiriləcək.
Seminar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Sabunçu Rayon Gənclər Evinin təşkilatçılığı ilə saat 14:00-da Sabunçu Gənclər Evində baş tutacaq.
Seminarın təlimçisi Bakı Beynəlxalq Multikultiralizm Mərkəzi Analitika şöbəsinin müdiri fəlsəfə doktoru Rəşad İlyasov olacaq.
İştirak üçün qeydiyyatdan keçmək mütləqdir.