21 noyabrda Bakıda “Biznes İntellekti” adlı təlim keçiriləcək. Bu haqda ASAN Könüllülərinin rəsmi Instagram hesabında məlumat verilib.
21 noyabr saat 13:00-da Baku Globus Center-da Biznes İntellekti ilə bağlı "Develop with aiesec" başlığı altında təlim təşkil olunacaq. Təlim “IESEC in Azerbaijan" təşkilatının təşkilatçılığı ilə həyata keçirilir. Tədbirə giriş 15 manat təşkil edir. İştirakçılar sonda sertifikat ilə təltif olunacaqlar.
Təlimdə iştirak etmək üçün bit.ly/biznesintellektitelimi linkinə daxil olub qeydiyyatdan keçmək lazımdır.