Ötən gün Bakıda Cadenza orkestrinin konserti keçirilib. Bu haqda Azərtac xəbər verib.
Beynəlxalq Muğam Mərkəzində baş tutan konsertdə H.Pursel, İ.Haydn, F.M.Bartoldi, A.Skryabin, A.Şnitke, M.Feldmanın əsərləri səsləndirilib.
Solistlər Üzeyir Mahmudbəyli (viola), Ərol Rzayev (violonçel) dirijor Samir Əsədovun rəhbərliyi ilə müasir musiqi nümunələrinin, barokko dövrünün, sovet avanqardının estetik civarlarını, klassizmin simvollarını tamaşaçılara təqdim ediblər.
Cadenza ansambl kimi 2016-cı ildə yaradılıb. Orkestrin bədii rəhbəri bəstəkar Türkər Qasımzadədir.