Bakıda 15-18 may tarixlərində növbəti "CASPINDEXPO 2022" beynəlxalq ticarət və sənaye sərgisi təşkil olunacaq. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az məlumat verir.
Sərgi Bakı İdman Sarayında "International Fairs Trade Group" şirkətinin təşkilatçılığı ilə baş tutacaq. Tədbir İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə keçiriləcək.
Sərgi çərçivəsində 16 may tarixində Bakı Biznes Mərkəzində təşkil olunacaq biznes-forumda sahibkarlar arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.