Bakıda gənclər evində “Cinayətin cəzası” adlı fotosərgi keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 22 fevral tarixində xəbər verir.
24 fevral tarixində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evinin və Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş fotosərgi keçiriləcək.
Müxtəlif xarici fotoqrafların çəkmiş olduğu 20 fotodan ibarət “Xocalı dünyanın gözü ilə” adlı sərgidə nümayiş olunacaq.
Tədbirdə:
▪️Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev;
▪️Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova
▪️Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin müdiri Əskərova Şövkət;
▪️Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin baş elmi işçisi Məmmədova Aytən
▪️Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin elmi işçisi Babazadə Səbinə iştirak edəcəklər.
Sərgi Binəqədi Gənclər Evində saat 14:00-da başlayacaq.