Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı festival təşkil olunacaq. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir.
Layihə çərçivəsində iştirakçıların Azərbaycan dilini öyrənməsi üçün Bakı şəhərində müxtəlif seminarlar keçiriləcək, eləcə də Şamaxı, İsmayıllı və Qəbələyə ekskursiyalar təşkil olunacaq.
Tədbir, əcnəbilərin inteqrasiyasına kömək etmək məqsədilə keçirilir.
İştirak etmək istəyənlər (+994) 502455803 nömrəsi ilə əlaqə saxlaya, və ya vmb.ib@mail.ru, qarabag.azerb@gmail.com elektron poçt ünvanlarına şəxsin adı, soyadı, atasının adı, vətəndaşlığı, faktiki yaşadığı ünvan və əlaqə nömrələrini qeyd edərək, məktub yönləndirə bilərlər.