Noyabrın 15-də Bakıdakı Nero Dance Center studiya məktəbində xoreoqraf ELYA-dan Contemporary dance (Müasir rəqs) üzrə ustad dərsi keçiriləcək.
Dərsin qiyməti 10 manatdır. Qeydiyyat yalnız ilkin ödəniş əsasında həyata keçirilir. Yerlərin sayı məhduddur.
Tədbirin keçirildiyi yer: İçərişəhər metrosu, Nigar Rəfibəyli küçəsi 12/14, Nero Dance Center (Passage 1901)
Elya Osmanova rəqqasə və xoreoqrafdır. Nyu Yorkda yaşayır. London Kingston Universitetində və qiyabi olaraq İstanbul Bilgi Universitetində Film istehsalı üzrə bakalavr dərəcəsi almışdır. O, Peridance Capezio Mərkəzində və Nyu Yorkda Broadway Dance Studio-da 2 rəqs proqramını bitirib. Aşağıdakı janrlarda rəqslərlə məşğul olur: Contemporary, House, Afro cuban, Latina.