Bakıda 15 fevral tarixində kriptovalyuta anlayışı ilə bağlı ödənişsiz məsləhət saatı keçiriləcək. Bu haqda "Gəncliyə Dəstək üçün Ümumi Birlik" İctimai Birliyi məlumat verib.
Base Business Plaza-da 15 fevral saat 14:00-da "Kriptovalyutaya giriş" adlı ödənişsiz konsultasiya təşkil olunacaq. Konsultasiya "GUYS" təşəbbüs qrupu, "Bizim Gənclik" İctimai Birliyi və Blockchain Academy tərəfindən təşkil ediləcək.
İştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır. Konsultasiyada seçilmiş 30 nəfər iştirak hüququ qazanacaq.