4, 11, 18, 25 dekabr tarixlərində Bakıda Şivananda Yoqa dərsləri keçiriləcək. Dərslər YARAT Mərkəzində saat 09:30-da baş tutacaq.
Dərsində təlimçi qismində Elçin Quliyev iştirak edəcək.
Dərslər 18 yaşından yuxarı şəxslər üçün nəzərdə tutulub. Təlim azərbaycan və rus dilində təşkil olunur. İştirakçı sayı məhdud olduğuna görə, vaksinasiya pasportu və qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün +994 50 246 92 92 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Elçin Quliyev Polşanın Şivananda Beynəlxalq Yoqa Vedanta Mərkəzində təhsil alıb (2009). O, "Yoqa Şiiromani" titulunu daşıyır. 2015-ci ildən Hindistan səfirliyi ilə birlikdə Azərbaycanda (Bakı və regionlarda) yoqa festivallarının təşkilində iştirak edir.