Azərbaycan Dillər Universitetində DAAD-ın yeni bürosu açılıb. Bu haqda 11 noyabr tarixində Report xəbər verib.
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) 2-ci büro açılışında Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq və rektor Kamal Abdulla iştirak ediblər. Tədbir zamanı səfir qeyd edib ki, bu yaxında üçüncü büronun açılması planlaşdırılır. Həmçinin mərasimdə DAAD-ın ADU-də 2018-ci ildən metodisti kimi fəaliyyət göstərən Mariya-Ltsa Gezer iştirak edib.
Alman Akademik Mübadilə Xidməti azərbaycanlı tələbələrin yay məktəbi çərçivəsində 4 həftəlik Almaniyaya səfərə getməsini təklif edir.
Qeyd edək ki , 2021-ci ilin sentyabr ayında DAAD-ın yay kursu çərçivəsində 13 almaniyalı tələbə 2 həftəlik Azərbaycanda olub.