Bakıda daun sindromlu uşaqlar üçün ödənişsiz müayinə təşkil olunacaq. Bu haqda BakuPlus.az bu gün, 15 mart tarixində xəbər verir.
Yalnız bir gün keçiriləcək aksiya Daun Sindromu Gününə özəl, 18 mart tarixində defektoloq-loqoped Esmira Qafarova tərəfindən həyata keçiriləcək.
Yaşından asılı olmayaraq, nitq qüsuru və psixoloji problemi olan şəxslər müraciət edə bilər.
Aksiya Bakıda, Koala parkının yaxınlığında, "Maskarad" uşaq mağazasının yerləşdiyi binanın 3-cü mərtəbəsində keçiriləcək.