Sabunçu Gənclər evində növbəti təlimlər keçirilir. Bu haqda bu gün, 24 mart tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
“Dil bacarıqları və karyeramız” adlı təlimdə ingilis dili üzrə təlimatçı və "Həyatın rəqsi" kitabının müəllifi olan Rövşən Şərif çıxış edəcək.
İştirakçılar tədbirdə “Xarici dil nə qədər önəmlidir?” və “Xarici dili asan şəkildə necə öyrənmək olar?” kimi sualların cavabını tapmağa çalışacaqlar.
Təlim 27 mart saat 13:00-da təşkil olunacaq.
Qeydiyyat linki: https://forms.gle/ryZQXcedU6SwBwwe9