13 yanvar tarixində saat 12:00-da Bakıda “Ekstremal jurnalistika” mövzusunda görüş keçiriləcək. Tədbir “Böyük Qayıdış” Gənclər Təşkilatının təşəbbüsü ilə həyata keçiriləcək.
Görüşün qonağı isə Caliber müstəqil hərbi-analitik internet-layihəsinin yaradıcısı, hərbi jurnalist Heydər Mirzə olacaq.
O, görüşdə jurnalistlərin ekstremal şəraitdəki fəaliyyəti, ekstremal mühitdə informasiyanın gücü və səhihliyi, Vətən müharibəsi və ekstremal jurnalistika mövzularında məlumat verəcək, həmçinin müharibə dövründə bu sahədə diqqətçəkən məqamları sizinlə bölüşəcəkdir.
İştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir.
Son qeydiyyat tarixi 12.01.2022 saat 18:00-a qədərdir.