Dekabrın 25-də Bakıda Emin Ağalarovun canlı konserti keçiriləcək. Bu haqda iticket.az xəbər verib.
Dekabrın 25-də Azərbaycanın xalq artisti, müğənni və musiqiçi EMIN, Sea Breeze Event Hall-da saat 20:00-da ənənəvi qış konserti ilə çıxış edəcək. Konsert proqramına həm sevilən hitlər, həmdə yeni mahnılar daxil olacaq.
Konsertə giriş yalnız COVİD pasportu (hər iki doza) və ya İmmunitet sertifikatı ilə mümkün olacaq. Biletləri iticket.az-dan əldə etmək olar.