2022-ci ilin 1 iyun tarixində Bakıda Enerji Həftəsi keçiriləcək. Bu haqda Azərtac xəbər verib.
Həmin ərəfədə Bakıda “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi, 10-cu Yubiley Xəzər Beynəlxalq “Energetika və Alternativ Enerji” sərgisi və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu bir araya gətirir.
3 gün baş tutacaq Bakı Enerji Forumunun proqramına “İnkişaf yollarının kəsişməsində enerjinin gələcəyi”, “Yaşıl enerjinin yenilənməsi”, “COVID-19 pandemiyasının enerji sektoruna təsiri və bərpa proqnozları”, “Yeni enerji erasında neft və qaz üçün yeni meyarlar. Neft və qaz şirkətindən enerji şirkətinə”, “Neft və qaz texnologiyaları”, “Neft və qazın işlənməsində süni intellekt (AI)” və digər mövzular daxildir.
Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə “Iteca Caspian” və beynəlxalq tərəfdaşları tərəfindən təşkil olunur.