KinoLab sənədli film emalatxanası layihəsinə qəbul başlayıb. Bu haqda 10 yanvar tarixində edumap.az məlumat verib.
KinoLab kino emalatxanası sənədli film çəkməyə yeni başlayanlar, film ideyası olanlar üçün ödənişsiz kursa gənc filmmeykerlərin qəbulunu elan edir. Kurs zamanı layihələri necə reallaşdırmaq və necə maliyyələşdirmək proseslərində iştirakçılara kömək olunacaq.
KinoLab təklif edir:
- İdeyanızı yetkin bir film layihəsinə çevirmək üçün baş təlimçi Nino Orconikidzenin mentorluğu və tanınmış film ustalarının mühazirələri
- Film istehsalının əsasları və pitçinq təlimləri üzərində cəmlənən 3 həftə davam edəcək təlimlər
- Ruhlandırıcı mühitdə təcrübəli təlimçilərlə birgə işləmə imkanı
- Şəbəkələşmə üçün platforma
- Seçilmiş hər bir layihəyə 250 USD məbləğində iştirakçı ödənişi
- Pitçinqin qalibi layihəsinin gələcək inkişafına dəstək məqsədi ilə 1000 USD (iki fərqli layihə qalib olarsa, bu məbləğ yarıya bölünəcək) həcmində pul mükafatı alacaqdır.
Təlim kursu xarici mütəxəssislər tərəfindən ingilis dilində tədris olunacaq. Layihədə iştirak etmək üçün
linkə daxil olub yanvarın 17-nə kimi qeydiyyatdan keçmək lazımdır.
KinoLab kino sənayesində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, Azərbaycanın yerli rejissorlarına dəstək vermək məqsədilə yaratdığı işbirliyinin nəticəsi kimi ortaya çıxan təlim proqramıdır.