AzTV Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş üç sənədli film hazırlayıb. AzTV-nin mətbuat xidmətindən verilən məlumata görə, filmlərdən biri Xocalı soyqırımından sonrakı hadisələrdən bəhs edir, onun şahidi Fransadan olan dünya şöhrətli fotojurnalist Reza Deqatidir. Film sabah, 26 fevral tarixində nümayiş olunacaq.
Filmdə Deqatinin müəllif fotoşəkilləri yer alır. Xocalı sakinləri - Nazilə Məmişova, Famil Salahov, Valeh Hüseynov və başqaları ilə müsahibələrə də böyük yer verilir.
“Danışan fotolar” sənədli filmi fevralın 26-da saat 22:00-da AzTV-də nümayiş olunacaq. Film həmçinin Park Cinema kinoteatrında (Park Bulvar ticarət mərkəzində) saat 15:10, 17:10 və 19:10-da nümayiş olunacaq. Seanslara giriş pulsuzdur.