“Davam” Gənclər Hərəkatı fotoqrafiya üzrə təcrübə proqramı elan edir. Bu haqda 18 yanvar tarixində davamgenclerherekati xəbər verib.
3 aylıq ödənişsiz proqram fevralın 1-dən başlayacaq. Bu proqram gənclərə bacarıqlarını təkmilləşdirmək, asudə vaxtlarını səmərəli təşkil etmək, təcrübə qazanmaq kimi imkanlar yaradır. Proqrama qəbul prosesi müraciət və müsahibə olaraq 2 mərhələdən ibarətdir.
Proqramın sonunda təcrübəçilərə sertifikat veriləcək. İştirak etmək üçün yanvarın 23-nə qədər CV və portfolionu “Fotoqraf“ mövzu başlığı ilə “davamgh@gmail.com” imeylinə göndərmək lazımdır.