Bakıda Gül bayramı konserti təşkil olunacaq. Bu haqda 10 may tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
4 nömrəli Uşaq İncəsənət Məktəbi mayın 11-də Gül bayramına həsr olunmuş hesabat konserti keçirəcək. Konsert saat 19:00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq.
Əlavə məlumat almaq üçün 012 453 20 42 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.