“Azerbaijan Cinema”-da 4 filmin nümayişi olacaq. Bu haqda 25 mart tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat verib.
“Azerbaijan Cinema” kinoteatrında Amil Amalın "Titrəmə", Ərturan Nəcəfi Gölün "Səs" və Azər Quliyevin "Pa-Pa" filmlərinin nümayişi baş tutacaq. Həmçinin "Gənclər mükafatı"nın qalibi Azər Quliyevin "Təngnəfəs" filminin premyera baxışı olacaq.
"Titrəmə" filmi Azərbaycan premyerasına qədər artıq beynəlxalq mükafat qazanıb.
Martın 29-da saat 19:00-da baş tutacaq kino gecəsinə giriş sərbəstdir.