25-26 dekabr tarixlərində “Bakı Gənclər Debat Forumu: Qış, 2021″ forumu keçiriləcək.
Forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Coca-Cola Fondu və “Global Water Challange” nəzdində fəaliyyət göstərən “New World” Proqramının tərəfdaşlığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq.
AzTU – Azərbaycan Texniki Universitetində təşkil olunacaq forumun mövzusu “Dövlətlərin qlobal su böhranının həlli istiqamətində atdığı addımlar özünü doğruldur” olacaq.
Tədbirdə azərbaycan və rus bölmələri üzrə hər biri 3 nəfərdən ibarət komandalar iştirak edəcək.
İştirakçı olmaq üçün qeydiyyatdan keçmək mütləqdir.
Son qeydiyyat tarixi 22.12.2021, saat 22:00-a qədərdir.
Forum əsasnaməsi və mövzu üzrə minimal paket qeydiyyatdan keçən komandalara göndəriləcək.