20-21 noyabr tarixlərində Bakıda gənclər üçün “İnkişaf qatarı” adlı layihə keçiriləcək. Layihə Sabunçu Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin “Brain Design” ilə birgə əməkdaşlığı çərçivəsində baş tutacaq.
Ödənişsiz əsaslarla Sabunçu Gənclər Evində baş tutacaq layihəni müvəffəqiyyətlə başa vuran gənclərə sertifikat təqdim olunacaq.
Layihənin “stansiyaları”:
- İlkin stansiya: Özünəinam
- Növbəti stansiya: Natiqlik
- Növbəti stansiya: Xoşbəxtlik
- Son stansiya: Karyera
20 noyabr proqramı:
13:30
- Şalan Novruz təqdimatında
- “Özünəinam” təlimi
15:30
- Fidan Əkbərin təqdimatında
- “Natiqlik” təlimi
21 noyabr proqramı:
13:30
- Nadir Cəfərzadənin təqdimatında
- “Xoşbəxtlik” təlimi
15:30
- Orxan Mahmudovun təqdimatında
- “Karyera” təlimi
İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün Sabunçu Gənclər evini instagram səifəsindəki
paylaşımın rəy bölməsinə “+” yazın.