Bakıda ilk dəfə olaraq “Global Star Awards” mükafatlandırma mərasimi keçirilib. Mükafat cari ilin yekunlarına əsasən mədəniyyət və incəsənətin, ictimai həyat və medianın, tibb və biznesin, turizmin və idmanın müxtəlif sahələrində əldə olunan nailiyyətlərə görə təqdim edilib. Bu haqda bu gün, 24 dekabr tarixində Trend məlumat verib.
Gecənin aparıcısı əməkdar artist Elnur Kərimov olub. Mükafata xalq artistləri Könül Xasıyeva və Məleykə Əsədova, əməkdar artist Elza Seyidcahan, milli muğam və xanəndə müsabiqələri laureatı Mirələm Mirələmov, kikboksinq üzrə 26 qat dünya çempionu Eduard Məmmədov, müğənnilər Rəsul Əfəndiyev və başqaları layiq görülüblər.
Layihənin müəllifləri Rəna İbrahimova və Tural Ələkbərov, icraçı prodüseri İlmirzə Ağabəyov, baş prodüserləri Aydın Hüseynov və Cavid Nurəddinli, prodüseri Şamxal Həsənovdur.