21 dekabr tarixində Bakıda "Əhval" adlı qrup sərgisi keçiriləcək. Sərgi “Artlife” rəsm kurslarının təşkilatçılığı və Bakı Gənclər Mərkəzinin dəstəyi ilə saat 16:00-da baş tutacaq.
Sərgidə həvəskar rəssamların əl işləri ziyarətçilərə nümayiş olunacaq.
Tədbir həvəskar rəssamlara dəstək olmaq, əsərlərindən yaranan əhvalı incəsənətsevərlərə ötürmək məqsədilə təşkil olunur.
Bu sərginin özəlliyi əsərlərin QR kodlaşdırılmasıdır. Eyni zamanda əsərləri platformada yerləşdirilən virtual sərgidən satın almaq mümkündür.