Bakıda “Həyat həkim” adı ilə məhşurlaşan Həyat Məlikovanın stand up şousu təşkil olunacaq. Bu haqda BakuPlus.az bu gün, 19 mart tarixində xəbər verir.
26 mart saat 20:00-da, Novruz bayramı ərəfəsində baş tutacaq şou “CinemaPlus”-un Gənclik Mall filialında keçiriləcək.
Bu stand up şou sosial şəbəkələrdə yayılan həkim obrazlı videoları ilə məşhurlaşan gənc istedadın ilk tədbiri deyil.
Bundan əlavə, bu gün 17:00-da Suraxanı Gənclər Evində Həyat Məlikova və Zaur Tahirsoy ilə “Bir gəncin uğur hekayəsi” adlı görüşü keçiriləcək.