Bakıda yeniyetmələr üçün “Hacı Zeynalabdin Tağıyev. Tariximizdə silinməz iz” adlı inşa müsabiqəsi keçiriləcək. Bu haqda BakuPlus Bakı Kitab Mərkəzinə istinadən xəbər verir.
Müsabiqənin məqsədi Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvəri və ictimai xadimi Hacı Zeynalabdin Tağıyevin şəxsiyyətinin gənclər tərəfindən öyrənilməsi və araşdırılmasıdır.
Müsabiqənin şərtləri:
- İnşalar Microsoft Word proqramında, Times New Roman 14 şrifti ilə Azərbaycan dilində yığılmalıdır.
- Mətnin minimal həcmi 2, maksimal həcmi isə 4 səhifədən ibarət olmalıdır
- İnşalar 20 Fevral tarixinədək bakubookcenter@inbox.ru elektron ünvanına göndərilməlidir
- İştirakçının adı, soyadı, yaşı və əlaqə nömrəsi qeyd edilməlidir.
Müsabiqənin qalibləri mart ayı ərzində müəyyən edilərək mükafatlandırılacaq.