Azərbaycanda karantin rejimi yumşaldıldı. Bu haqda bu gün, 11 dekabr tarixində Nazirlər Kabineti məlumat yayıb.
13 dekabr 2021-ci il tarixindən Bakı və respublika ərazisində hamam xidmətlərinin fəaliyyəti bərpa edilir.
Həmçinin, şənlik mərasimləri müəyyən edilmiş karantin qaydalarına riayət olunması şərti ilə 1 yanvar saat 02:00-a qədər keçirilməyinə icazə verilir.