Bakıda “Heydər Əliyev və Azərbaycan” adlı inşa müsabiqəsi keçirilib. Bu haqda Azərtac 15 dekabr tarixində xəbər verib. Müsabiqə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş müsabiqə ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil olunub.
70 inşa yazısı təqdim edilən müsabiqənin məqsədi Ümummilli Lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, onun zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi və asudə vaxtın səmərəli təşkil edilməsidir.