24 dekabr tarixində Bakıda xeyriyyə aksiyası keçirilib. Aksiya Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü və “Lovely dent by Khayal Samadov” klinikasının dəstəyi ilə baş tutub. Bu haqda Azərtac xəbər verib.
Nərimanov rayonunda baş tutan aksiyada şəhid ailələrinin, qazilərin və sakinlərin pulsuz stomatoloji müayinəsi və digər ödənişsiz xidmətlər təşkil olunub.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
[URIS id=21675]