Bakıda 10 dekabr tarixində Vətən Müharibəsi şəhidinin adına “25” adlı sərgi keçiriləcək. Sərgi Bakı Xətai Sənət Mərkəzində saat 16:00-da başlayacaq.
Tədbirdə şəhid Elnur Allahverdizadənin 25 yaşına 25 “street” janrında çəkdiyi fotolar nümayiş olunacaq.
Şəhid Elnur Allahverdizadə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.