Şəhid və hərbçi ailələrinin uşaqları üçün bayram tədbiri keçirilib. Bu haqda 4 yanvar tarixində APA məlumat verib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində Şəhid və hərbçi ailələrinin uşaqları üçün Yeni il şənliyi baş tutub. Tədbirdə uşaqları müxtəlif nağıl qəhrəmanları, Şaxta baba və qar qızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik ediblər, onlara xoş istirahət bəxş ediblər. Şənlikdə nağıl qəhrəmanları uşaqlarla birlikdə rəqs ediblər, müxtəlif yarışlar keçiriblər və oyunlar qurublar.
Tədbirin sonda uşaqlara bayram hədiyyələri verilib.
[URIS id=27917]