Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları üçün xüsusi proqram əsasında hazırlanmış uşaq tamaşası nümayiş etdirilib. Bu haqda 28 dekabr tarixində Report xəbər verib.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirilən tədbir uşaqların böyük marağına səbəb olmaqla yanaşı, yüksək coşqu və sevinc hissi ilə qarşılanıb.
Sonda tədbirdə iştirak edən bütün uşaqlara hədiyyələr təqdim olunub.
[URIS id=22187]