25 yanvar tarixində Beynəlxalq Muğam Mərkəzində Vətən Müharibəsi şəhidi Əli Hüseyn Məmmədova həsr edilmiş “Dönməsəm, xatirəm qalsın…” adlı tədbir keçirilib. Bu haqda Real Tv reportaj hazırlayıb.
Tədbirdə şəhidin həyat və döyüş yolunu əks etdirən “Mən Əliyəm” adlı kitabın da təqdimatı olub. Təqdimat mərasimində dövlət rəsmiləri, şəhid ailələri, qazilər, şəhidin döyüş və iş yoldaşları, həmçinin müharibə iştirakçıları da iştirak ediblər.
Şəhidin həyatından bəhs edən videoçarx təqdim edildikdən sonra, Vətən mövzusunda şeirlər və mahnılar səsləndrilib, Qarabağ geyim kolleksiyasının nümunələri iştirakçılara nümayiş edilib.
[caption id="attachment_30786" align="alignnone" width="800"]
Foto açıq mənbədən[/caption]