Bakıda şəhidlərin şəkillərindən ibarət “yolka” quraşdırılıb. Bu haqda bu gün, 29 dekabr tarixində Baku.ws məlumat yayıb.
44 günlük Vətən müharibəsi şəhidi 22 yaşlı Fərid İlyasovun anası 300 şəhidin şəklindən ibarət “yolka” düzəldib. Şam ağacı II Fəxri Xiyabanda yerləşdirilib.
Laçın rayonundan olan Fərid İlyasov Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb. O, 30 oktyabr 2020-ci ildə Milli Qəhrəman Polad Həşimovun qəbri yanında dəfn olunub.