Gələn ay Bakıda ənənəvi "Best of İndia" sərgisi keçiriləcək. Bu haqda bu gün, 17 fevral tarixində Report məlumat verib.
Mart ayında Əl Oyunları Sarayında Hindistan istehsalı olan məhsulların "Best of İndia" adlı sərgisi təşkil olunacaq. Sərgidə 50-60 şirkətin nümayəndələri Azərbaycana səfər edəcək.
Hindistanla Azərbaycan arasında ümumi ticarət dövriyyəsi 2021-ci ildə 739,1 milyon ABŞ dollarına çatmışdır.